Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansola ilə görüşmüşdür.

Ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayan F.Məmmədov, hakimlərin ən mütərəqqi üsullarla seçimini, onların xarici mütəxəssislərin iştirakı ilə tədrisinin beynəlxalq standartlara uyğun keçirildiyini bildirmişdir.

Bu proseslərə ATƏT-in verdiyi töhfələr və Xose Luis Herrero Ansolanın xidmətləri qeyd olunaraq, təşəkkur edilmiş, yeni təyinatında müvəffəqiyyətlər arzu edilmişdir.

İkitərəfli əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını deyən qonaq, çalışdığı müddətdə mütərəqqi proseslərin şahidi olduğunu bildirmiş, o cümlədən regionlarda apellyasiya məhkəmələrinin yaradılmasını mühüm nailiyyət kimi qiymətləndirmişdir. Ədliyyə Nazirliyi ilə qurulmuş sıx işgüzar əlaqələrdən məmnunluğunu ifadə edən səfir məhkəmə sisteminin inkişafı, hakimlərin treninqi və Avropa Məhkəməsi peresedent hüququnun öyrənilməsi, əhaliyə hüquqi yardımın göstərilməsi və s. sahələr üzrə əməkdaşlığın bundan sonra da davam etdirilməsini vurğulamışdır.

Çap et

22.12.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az