Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN VƏ ƏLCƏZAİR ARASINDA HÜQUQİ ƏLAQƏLƏR GENİŞLƏNİR

Ölkəmizin xarici dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Ötən il respublika ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Həmçinin hüquqi sahədə dövlətlərarası müqavilələrin bağlanması qərara alınaraq qısa müddətdə ekstradisiya sahəsində əməkdaşlığa dair müqavilə layihəsi hazırlanıb.

Həmin layihənin müzakirəsi və razılaşdırılması məqsədilə Əlcəzair Ədliyyə Nazirliyinin Hüquqi və məhkəmə əməkdaşlığı Direktorluğunun direktoru Abdellatif Mahmoud Jaouder və şöbə müdiri xanım Ferhat Hafidadan ibarət nümayəndə heyəti 28 yanvar - 1 fevral tarixlərində Azərbaycanda səfərdə olub.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyub, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Səfər zamanı Ədliyyə Nazirliyində müqavilə layihəsi üzərində məhsuldar müzakirələr aparılıb, sənəd təkmilləşdirilərək paraflanıb və hər iki nazirliyin aidiyyəti idarələrinin rəhbərləri Abdellatif Jaouder və Adil Əbilov tərəfindən müvafiq razılaşma protokolu imzalanıb.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Əlcəzair nümayəndə heyəti ilə görüşüb.

Şuranın sədri ölkələrimizin hüquqi sahədə səmərəli əməkdaşlıq etdiyini bildirərək sənədin tezliklə imzalanacağına əminliyini ifadə edib, bu məqsədlə əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib. Həmçinin, qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib, nazirliklərarası Anlaşma Memorandumunun daha intensiv implementasiyasının önəmini qeyd edib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən qonaqlar respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduqlarını söyləyib, iki ölkənin Ədliyyə nazirlikləri arasında səmimi işgüzar münasibətlərin qurulduğunu, səfər zamanı aparılmış müzakirələrin səmərəli nəticələrini qeyd edib, Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louhun salamlarını çatdırıblar.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətini, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı materialları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.

Səfər çərçivəsində Əlcəzair nümayəndə heyəti Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in fəaliyyəti, habelə Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi və mədəni-tarixi abidələri ilə tanış olublar.

Çap et

01.02.2018
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az