Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 125 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 1 illik ilkin hazırlıq kursu barədə məlumat dinlənilmiş, kursun bu ayın sonunda başa çatacağı qeyd edilmişdir.

Bildirilmişdir ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilmiş, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmələr təşkil olunmuşdur.

İclasda tədris kursunun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılmış və imtahanın fevral ayının 3-də, saat 10:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinmişdir.

Çap et

12.01.2018
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az