Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay yüksək demokratik standartlar səviyyəsində keçirilmiş referendumun ölkəmizin gələcək inkişafı, insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd etmişdir.

Konstitusiyaya dəyişikliklər haqqında Referendum Aktının böyük vətəndaş həmrəyliyi ilə qəbul edilməsinin dövlət başçısı cənab İlham Əliyevə olan yüksək inam və ümumxalq etimadının növbəti təzahürü olduğu xüsusi vurğulanmışdır.

Qeyd edilmişdir ki, Konstitusiyaya dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinə də müsbət töhfəsini verəcək, o cümlədən hakimliyə namizədlərə dair yaş həddinin götürülməsi gənclərin məhkəmə hakimiyyətində daha geniş təmsil olunmasına şərait yaradacaqdır.

İclasda həmçinin, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin mötəbər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud olan vakansiyaların komplektləşdirilməsi üzrə tədbirlər müzakirə edilmiş, digər təşkilati məsələlərə baxılmışdır.


Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilmiş, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

17.10.2016
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az