Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR

Dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi prosesi həyata keçirilir.

Bu ilin iyun ayında 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı vermişlər. İmtahanda müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılmış 359 nəfər hakimliyə namizədlə 12 avqust 2016-cı il tarixdə yazılı imtahan keçirilmişdir.

Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi, televiziya və mətbuat nümayəndələri izləmişlər. Eyni zamanda imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır.

Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl imtahan binasında keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında hazırlanacaq imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilmişdir.

Bundan sonra Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında sualları hazırlamış və onlar dərhal imtahan zalına gətirilmişdir. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçmişlər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, qanunun məzmununu dolğun açmaq və onun səlist izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır.

Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaqdır.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.






Çap et

12.08.2016
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az