Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
Məlumat verildiyi kimi 09 iyun 2016-cı il tarixdə hakimliyə namizədlərlə vahid auditoriyada – “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzində test imtahanı keçirilmiş, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi, imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunmuş və nəticələr dərhal elan olunmuşdur. İmtahan prosesi “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır.

Proses çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən sonadək izlənilmiş və 800 nəfərədək olan bütün hakimliyə namizədlər üçün bərabər şəraitdə keçirilən bu tədbirin tam şəffaf təşkili yüksək dəyərləndirilmişdir.

İmtahanda uğur qazana bilməyən namizədlərdən 6 nəfəri nəticələrin apellyasiya qaydasında yoxlanılması barədə müraciət etmişdir.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi Dövlət İmtahan Mərkəzi ilə birgə hakimliyə namizədlərin seçimi Qaydalarına uyğun olaraq məsələyə apellyasiya qaydasında baxmışdır.

Apellyasiya zamanı hakimliyə namizədlərin cavab kartları onların özləri və mütəxəssislər tərəfindən bir daha yoxlanılmış, nəticələrin düzgün hesablandığı müəyyən edilmişdir.

Çap et

29.06.2016
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az