Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilmişdir. İclasda bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün Ali Məhkəmə, apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, habelə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Şuranın aparatı və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş namizədlər müzakirə olunaraq onların sırasından komitə üzvləri seçilmişlər.

Qeyd edilmişdir ki, ölkə prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən Azərbaycanda hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən olunaraq, bu sahədə səmərəli təcrübə formalaşdırılmışdır. Ötən dövr ərzində hakimliyə namizədliyini irəli sürmüş 2200 nəfər sırasından 157 nəfər yüksək hazırlıqlı hüquqşünas çoxmərhələli imtahanlar nəticəsində seçilərək hakim vəzifələrinə təyin edilmişlər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hüquqşünasın hazırda hakimliyə namizədlər üçün 2009-2010-cu tədris ili ərzində davam edən kurslara cəlb edilməsi bildirilmiş, bu sahədə Hakimlərin Seçki Komitəsinin müsbət fəaliyyəti vurğulanmışdır.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, Məhkəmə-Hüquq Şurasının fəaliyyətində şəffaflığın artırılması məqsədilə Şuranın internet saytının imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyi bildirilmiş, bu məqsədlə hazırlanmış saytın yeni versiyasının təqdimatı keçirilmişdir.

Azərbaycan və ingilis dillərində aparılan saytda Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə yanışı, hüquqi maarifləndirmə məqsədilə ölkəmizin məhkəmə-hüquq sistemi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları, milli qanunvericilik bazası, məhkəmə fəaliyyəti, habelə ölkəmiz haqqında digər dolğun məlumatlar əks edilmiş, vətəndaşların elektron müraciət imkanları genişləndirilmişdir.

Tədbirdə həmçinin qanunvericiliyin tələblərinin pozulması, icra intizamına əməl edilməməsi və digər nöqsanlara yol verilməsi ilə əlaqədar bəzi hakimlər barədə intizam icraatları başlanılmışdır.

Çap et

05.05.2010
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az