Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son günlər erməni hərbi birləşmələrinin təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildiyi bildirilmiş, bu möhtəşəm zəfərin qazanılmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad olunmuşdur. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına layiqli cavab verməyə qadlir olduğu vurğulanmışdır.

İclasda həmçinin, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən görülən ardıcıl tədbirlər qeyd edilmiş, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılmışdır.

Eyni zamanda bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilmiş, yol verilən nöqsan və çatışmazlıqlar nəzərlərinə çatdırılmış, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanmışdır.

İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulmuş, 3 hakim barədə intizam icraatları başlanılmışdır.

Çap et

11.04.2016
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az