Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AŞPA-NIN HƏMMƏRUZƏÇİSİ İLƏ GÖRÜŞ

Aprelin 6-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə məhkəmə hakimiyyətinin müstəqilliyi, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf qaydalarla seçimi, qanunvericiliyinin təkmilləşdirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, habelə humanizm siyasətinin ardıcıl həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Ölkəmizə dəfələrlə səfər etdiyini söyləyən Stefan Şennak Azərbaycana hazırkı səfərinin həssas bir məqama təsadüf etdiyini, cəbhə xəttindəki son hadisələrin narahatlıq doğurduğunu bildirib. Qonaq son dövrlər insan hüquqları sahəsində irəliləyişlərin Avropa Şurası tərəfindən müşahidə edildiyini, xüsusilə dövlət başçısının bu yaxınlarda imzaladığı əfv sərəncamının insan hüquqlarının təminatı baxımından müstəsna əhəmiyyətini qeyd edib. S.Şennak məhkəmə-hüquq sistemindəki islahatları maraqla qarşılayaraq, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə, o cümlədən səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin insan hüquqlarının təminatı, vətəndaş cəmiyyətinin inkişafı, seçki qanunvericiliyi və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib.

Çap et

06.04.2016
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az