Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq martın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən genişmiqyaslı islahatlardan danışan nazir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, bu sahədə müasir infrastrukturun yaradılması üzrə işlər barədə məlumat vermişdir.

Söhbət zamanı bu yaxınlarda İsveçrədə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə həsr olunmuş Konfrans çərçivəsində keçirilmiş ikitərəfli görüşün və faydalı fikir mübadiləsi şəraitində aparılmış danışıqların əhəmiyyəti qeyd olunmuşdur.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatı barədə məlumatlı olduğunu bildirən T.Hammarberq bu sahədə görülən işləri maraqla izlədiyini vurğulamış, penitensiar sistemdə aparılan islahatları təqdir edərək, insan hüquqlarının etibarlı təmin olunması baxımından beynəlxalq tələblər səviyyəsində inşa olunmuş müasir tipli Bakı istintaq təcridxanasına baş çəkərək orada yüksək şəraitin yaradılmasının şahidi olduğunu söyləmişdir.

Görüşdə həmçinin insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, QHT-lərin və KİV-in fəaliyyəti, digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Çap et

04.03.2010
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az