Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İRANIN ÖLKƏMiZDƏKi SƏFiRi iLƏ GÖRÜŞMÜŞDÜR

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarının mütəmadi görüşlərini, xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda İrana mühüm əhəmiyyət kəsb edən səfərinin və müxtəlif sahələr üzrə əməkdaşlığa dair imzalanmış vacib sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əlavə zəmin olduğunu vurğulayıb, İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan və İran arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir ölkə prezidentləri arasında səmimi və qarşılıqlı etimad şəraitində görüşlərin keçirildiyini və Azərbaycan Prezidentinin Tehrana səfərinin ikitərəfli münasibətlərimizdə yeni səhifə açdığını vurğulayıb, Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı qeyd edib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq əldə edilib.

Çap et

29.02.2016
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az