Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ ÖLKƏ PREZİDENTİNİN TAPŞIRIQLARI DİQQƏT MƏRKƏZİNDƏDİR

Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunmuş geniş iclası keçirilmişdir.

Tədbirdə Ali Məhkəmənin, Apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

İclasda Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulamışdır. Dövlət başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artıırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılmışdır.

Həmçinin, məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanmışdır.

İclasda çıxış edən Şuranın üzvü,Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ölkə başçısıcənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd etmiş, Azərbaycan brendinə çevrilmiş “ASAN” xidmətin bu sosial bəla ilə mübarizədə ən effektiv instisional vasitə olduğunu bildirmişdir.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və məhkəmələrin şəffaflığı ilə bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini bildirmiş, yol verilən korrupsiyaya şərait yaradan və digər xarakterik nöqsanlara toxunmuş, məhkəmə təcrübəsinə ciddi əməl olunmasının zəruriliyini, hakimlər və məhkəmə işçiləri tərəfindən qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini vurğulamışdır.

Baş prokuror Z.Qaralov ölkə Prezidentinin korrupsiya ilə mübarizəyə dair tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən həyata keçirilən işlər, o cümlədən sahibkarlığın inkişafına əngəllər yaradan məmurlar barədə görülən qəti tədbirlər barədə məlumat vermişdir. O, korrupsiya ilə mübarizədə Məhkəmə-Hüquq Şurası və məhkəmələrlə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək, bu təhlükəli bəlanın qarşısının alınması üzrə təkliflərini bildirmişdir.

İclasda hakim assosiasiyalarının sədrləri, hakimlər, prokurorlar və QHT nümayəndələri çıxış etmişlər.

Sonra tədbir öz işini “Məhkəmə təcrübəsi məsələləri” mövzusunda seminarla davam etdirmişdir. Seminardan sonra tədbir iştirakçıları bu ərəfədə dövlət başçısı tərəfindən açılışı keçirilmiş Sabuncu Məhkəmə Kompleksinə gedərək, yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri ilə tanış olmuşlar.





Məhkəmə-Hüquq Şurası

Çap et

16.11.2015
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az