Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

Məhkəmə-Hüquq Şurasının yenilənmiş tərkibdə ilk iclası keçirilmişdir. İclasda bir sıra təşkilati məsələlərə baxılmış, yeni Şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunmuşdur.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, dövlətimizin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların, həyata keçirilən möhtəşəm layihələrin yüksək qürur hissi yaratdığını bildirmiş, ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətləri vurğulamış, o cümlədən Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunmuşdur.

Məhkəmə-Hüquq Şurasının müasir informasiya və kommunikasiya vasitələri ilə təchiz edilmiş yeni konfrans zalında keçirilən tədbirdə Şuranın 10 illiyinin qeyd edilməsi ilə bağlı müxtəlif məsələlərə baxılmış, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş Muzeyin təsis olunması xüsusi vurğulanmış, habelə yerli məhkəmələrlə video konfrans üsulu ilə canlı əlaqə qurularaq onlar müzakirələrə cəlb olunmuşlar.

Həmçinin, iclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından Komitə üzvləri seçilmişlər.

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır cinayət məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulmuş, habelə bir hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

14.05.2015
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az