Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Dekabrın 10-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

Azərbaycan və ATƏT arasında səmərəli əlaqələri vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, o cümlədən məhkəmə-hüquq sisteminin inkişafını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsindən, hakimlərin sayının artırılmasından və onların Avropada ən şəffaf seçimindən, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsindən danışıb, həyata keçirilən islahatlarda, xüsusilə hakimlərin tədrisində ATƏT-in fəal iştirakını vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərdiyindən məmnunluğunu ifadə edən qonaq ölkəmizin dinamik inkişafını və siyasi nüfuzunun günbəgün artdığını bildirib və mütərəqqi yenilikləri, o cümlədən Azərbaycanın brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini təqdir edərək vurğulayıb ki, belə səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir. A.Şahtaxtinski, həmçinin məhkəmə və ədliyyə sahəsindəki nailiyyətləri maraqla qarşılayıb, islahatlara dəstək göstərmək üçün müxtəlif layihələrin keçirilməsinə dair konkret təkliflər irəli sürüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların treninqi və s. ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov iştirak edib

Çap et

10.12.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az