Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində insan haqlarının etibarlı təmin edilməsinə xüsusi önəm verildiyi qeyd edilmiş, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq təcrübədən uğurla bəhrələndiyi vurğulanmışdır.

Bu günlərdə Ali Məhkəmə və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirak edən Avropa Məhkəməsi sədrinin və bir çox Avropa dövlətlərinin yüksək məhkəmə rəhbərlərinin azərbaycanlı hakimlərlə görüşünün və təcrübə mübadiləsinin təşkilinin, habelə, həmin tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu alimlərin iştirakı ilə hakimlər və dövlət ittihamçıları üçün təlimlər keçirilməsinin əhəmiyyəti bildirilmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılmışdır.

Tədbirdə həmçinin, hakimlər barədə başlanılmış intizam icraatlarına baxılmış, məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilmiş, ağır yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən rayon məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulmuşdur.

Eyni zamanda iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılmış, bəzi kadr məsələlərinə baxılmışdır.

Çap et

28.10.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az