Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Oktyabrın 2-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Avstriyanın və Sloveniyanın sabiq ədliyyə nazirləri xanım Klaudia Bandion-Ortner və Ales Zalar ilə görüşüb.

Ölkələrimiz arasında səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Ədliyyə nazirlikləri arasında işgüzar əlaqələrin inkişaf etdiyini vurğulayıb, Avropa ədliyyə nazirlərinin konfranslarında keçirilmiş ikitərəfli görüşləri və faydalı danışıqları xatırlatmış, əməkdaşlığa dair geniş perspektivlərin olduğunu bildirib.

Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirən qonaqlar Bakı Humanitar Forumunun əhəmiyyətini qeyd edib, ölkəmizin Prezidenti cənab İlham Əliyevin Forumda çıxışı zamanı mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verməsini və respublikamızda bu sahəyə böyük diqqətin olmasını yüksək dəyərləndiriblər.

Ədliyyə sahəsində Avropa şəbəkəsinin yaradıldığını bildirən qonaqlar Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb, qurumun təsisçiləri kimi Şəbəkənin fəaliyyət istiqamətlərindən danışıb, qarşılıqlı fəaliyyətə dair təkliflər irəli sürüblər.

Görüşdə həmçinin, ədliyyə və məhkəmə fəaliyyətinə, habelə multikulturizm və dinlərarası dialoqun gücləndirilməsinə dair əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar Ədliyyə tarixi muzeyində olublar.

Çap et

02.10.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az