Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatların mütərəqqi nəticələri vurğulanmış, əldə edilmiş nailiyyət və müsbət təcrübələrimizin dünyanın nüfuzlu hüquq təsisatları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən yüksək dəyərləndirildiyi qeyd edilmişdir.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da gücləndirilməsi üzrə islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə intensiv davam etdirildiyi bildirilmiş, ötən ay məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə mütərəqqi dəyişikliklər olunaraq, məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin genişlənməsi, hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təmininin əlavə mexanizmlərinin təsbit edilməsi, hakimlərin təminatının yaxşılaşdırılması vurğulanmışdır.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə olunmuş, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilmişdir.

Həmçinin, iclasda hakimlər barədə intizam icraatlarına baxılmış, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınmış, habelə yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulmuş, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

17.07.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az