Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
İNSAN HAQLARININ ETİBARLI TƏMİNATI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ölkəmizdə məhkəmə sisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla müasirləşdirilməsi, inzibati ədliyyənin formalaşdırılması diqqət mərkəzində saxlanılaraq, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə inzibati icraat haqqında qanun, habelə cari ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, inzibati məhkəmələrin yaradılması nəzərdə tutulmuşdur.

Məhkəmə-Hüquq Şurasının Ədliyyə Naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında İnzibati-Prosessual Məcəllənin qəbul edilməsindən irəli gələn məsələlər, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, hakim kadrlarına ehtiyac nəzərə alınaraq, cari ildə hakimliyə namizədlərin seçimi aparılmış, çoxmərhələli prosedurlar nəticəsində 80 nəfər hüquqşünas hakim vəzifəsinə hazırlanmaları üçün təlimlərə cəlb edilmişlər. Hazırda inzibati icraatla bağlı həmin namizədlər və aidiyyəti hakimlər üçün ayrıca təlimlər keçirilir, onlar üçün xaricə tədris səfərləri təşkil olunur, digər tədbirlər görülür.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin Ali Məhkəmə tərəfindən ümumiləşdirilməsi nəticələri ilə bağlı məsələ müzakirə edilmişdir.

Tədbirdə vurğulanmışdır ki, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunmuş, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Lakin ümumiləşdirmə göstərmişdir ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilməmiş, bu sahədə kobud qanun pozuntularına yol verilmişdir.

İclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənilməsinin yolverilməz olması qeyd edilmişdir.

Həbs qətimkan tədbiri seçilərkən insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına, prosessual pozuntulara və digər kobud nöqsanlara yol verdiklərinə görə 14 hakim barədə intizam icraatları başlanılmışdır.

Çap et

28.12.2009
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az