Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ÖLKƏMİZİN GİZ İLƏ ƏMƏKDAŞLIĞI İNKİŞAF EDİR

İyunun 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramının yeni rəhbəri Tomas Meyer və GİZ-in uzun müddət Azərbaycanla bağlı layihələrini həyata keçirən nüfuzlu alim, professor Rolf Knipper ilə görüşmüşdür.

GİZ ilə hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən inzibati məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən seçimi, infrastrukturun müasirləşdirilməsi və İKT-lərin tətbiqi barədə məlumat vermişdir. Nazir həyata keçirilən tədbirlərdə GİZ-in fəal iştirak etdiyini, xüsusilə professor R.Knipperin xidmətlərini qeyd etmiş, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.

Ölkəmizlə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaqlar respublikamızın dinamik iqtisadi tərəqqisini qeyd etmiş, Azərbaycanda məhkəmə-hüquq islahatlarının kompleks şəkildə həyata keçirilməsini təqdir edərək bu sahədə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını söyləmiş, Ədliyyə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirmişlər.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılmış, qanunvericiliyin təkmilləşdirilməsi, elektron məhkəmə, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, notariat institutunun inkişafı və digər maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.

Tədbirdə Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel iştirak etmişdir.

Çap et

25.06.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az