Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN VƏ AVROPA ŞURASI ARASINDA SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ HƏYATA KEÇİRİLİR

Mayın 20-də ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi Turbyorn Yaqland ilə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun görüşü olmuşdur.

Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyətini və onun ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulamışdır.

F.Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və s. görülən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab T.Yaqland Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd etmiş, Fəaliyyət Planını səmərəli qarşılıqlı fəaliyyətin nəticəsi kimi qiymətləndirmiş, məhkəmə sistemində aparılan islahatları təqdir etmişdir.

Söhbət zamanı həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, bu baxımdan "İctimai iştirakçılıq haqqında" Qanunun mühüm əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Çap et

21.05.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az