Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi islahatlar vurğulanmış, bu sahədə əlavə tədbirlər müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının daha da genişləndirilməsi, hakimlərin müstəqilliyinin təmin olunmasının gücləndirilməsi, o cümlədən onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsi məqsədilə Şura tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılmış, müvafiq qanun layihəsi hazırlanmışdır. İclasda layihənin mütərəqqi xarakteri vurğulanaraq, nəzərdə tutulan tədbirlərin məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına xidmət etdiyi bildirilmişdir.

Həmçinin, iclasda dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, etik davranış qaydalarına dönmədən riayət olunması, korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinin görülməsi ilə bağlı tapşırıqları vurğulanmış, hakimlər barədə intizam icraatlarına baxılmışdır.

Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirovun, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədovun tutduqları vəzifədən azad olunması barədə qərarlar qəbul olunmuş, habelə Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulmuşdur.

Çap et

15.05.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az