Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ÖLKƏMİZ BEYNƏLXALQ ANTİKORRUPSİYA MÜBARİZƏSİNDƏ FƏAL İŞTİRAK EDİR

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) ən fəal və təşəbbüskar üzvlərindən biridir. Son illər IAACA çərçivəsində əlaqələrimiz daha da inkişaf etmiş, Assosiasiyanın ötən il keçirilmiş Ümumi Yığıncağında ölkəmizin ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilmişdir.

Cari il aprelin 1-3-də İspaniyanın Barselona şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasın təntənəli açılış mərasimində İspaniyanın muxtar vilayəti olan Kataloniya Parlamentinin sədr əvəzi Luis Korominas i Dias, Assosiasiyanın prezidenti - Çinin Baş prokuroru Çao Cianminq, İspaniyanın baş prokuroru Eduardo Torres Dulse və digər rəsmi şəxslər çıxış etmişlər.

Tədbirdə mühüm təşkilati məsələlərin müzakirəsi, Assosiasiyanın gələcək fəaliyyəti və beynəlxalq əlaqələrinin gücləndirilməsi, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması, təlimlərin və maarifləndirmə tədbirlərinin təşkili kimi məsələlər müzakirə olunmuş, habelə korrupsiyaya qarşı qabaqcıl mübarizə üsullarına dair təcrübə mübadiləsi aparılmışdır.

Assosiasiyanın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iclasda çıxış edərək IAACA-nın mühüm rolunu və onun fəaliyyətinə ölkəmizin dəstəyini qeyd etmiş, Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı qəti mübarizənin aparılması barədə məlumat vermişdir. Eyni zamanda, Assosiasiyanın rəhbərliyi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq antikorrupsiya konfransına dəvət olunmuşdur.

Konfrans çərçivəsində İspaniyanın baş prokuroru, Kataloniyanın ədliyyə naziri, habelə digər ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılmışdır.

Çap et

03.04.2014
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az