Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə yüksək demokratik standartlar səviyyəsində, mütəşəkkil keçirilmiş prezident seçkiləri zamanı xalqımızın dahi Heydər Əliyev ideyalarına sarsılmaz inam nümayiş etdirdiyini vurğulamış, cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməklə Azərbaycanın öz şərəfli tarixində növbəti uğura imza atdığını, davamlı və dinamik inkişafa etibarlı təminat əldə etdiyini bildirmişdir.

Şurada son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alınması bildirilmiş, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, habelə korrupsiyaya şərait yaradan hallara, hakim etikasının pozulmasına görə təkcə son üç ildə 30 hakimin məhkəmə sistemindən kənarlaşdırılması vurğulanmışdır.

Eyni zamanda dövlət başçısının andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı ölkəmizin gələcək inkişafı naminə qarşıda qoyduğu mühüm məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə edilmiş, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, hakimlər tərəfindən Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi və onların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması üzrə əlavə tədbirlər müəyyən olunmuşdur.

Həmçinin, iclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılmış, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır.

Çap et

28.10.2013
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az