Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların uğurla davam etdirilərək böyük nailiyyətlər əldə edildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən mütərəqqi tədbirlər nəticəsində təkcə son illər ərzində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə dövlət başçısı tərəfindən 20-dək regional məhkəmə, o cümlədən insan haqlarının müdafiəsində mühüm əhəmiyyəti olan inzibati məhkəmələr yaradılmış, həmçinin, yüksək iş yükünün məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsiri nəzərə alınaraq hakimlərin sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılmışdır. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə ardıcıl işlər görülmüşdür.

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 70, təkcə son üç ildə isə 30-dan çox hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, bu prosedurlarla son illər ərzində 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuş, sonradan onların 80 nəfəri fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri üzrə yüksək hakim vəzifələrinə irəli çəkilmişlər. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.

Hakim kadrlarına ehtiyac nəzərə alınaraq 2010-cu ildə növbəti seçim prosesinə başlanılmış və cari ildə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq bilinmişlər.

Qeyd edilmişdir ki, həmin namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən yüksək səviyyəli təlimlərdə insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilmiş, bu işə nüfuzlu beynəlxalq ekspertlər fəal cəlb olunmuş, bütün namizədlərin Türkiyədə yarımaylıq təlimi təşkil edilmişdir.

Hakimliyə namizədlərin seçilməsi qaydasına müvafiq olaraq Məhkəmə-Hüquq Şurasının bir neçə gün davam etmiş iclaslarında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılmış, onların ixtisaslaşmasının aparılması məqsədilə hər biri ilə fərdi qaydada söhbətlər keçirilmişdir.

İclasda bildirilmişdir ki, bu hakimliyə namizədlər hesabına məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyətinin komplektləşdirilməsi hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcəkdir.

Məhkəmə-Hüquq Şurasının iclasında hakimliyə namizədlərin təyinatı və hakim kadrlarından daha səmərəli istifadə ilə bağlı dövlət başçısına müvafiq təkliflər verilmişdir.

Çap et

04.10.2013
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az