Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə son dövrlər görülmüş işlər vurğulanmış, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" nda məhkəmə fəaliyyətinə dair tədbirlərin icrasının təşkili ilə bağlı məsələ müzakirə edilmişdir.

Çıxış edən şura üzvləri Dövlət Proqramının qəbul edilməsinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə böyük diqqət və qayğının təzahürü olduğunu bildirərək, dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, proqramın məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə və inkişafına, bu sahədə tədbirlərin daha mütəşəkkil həyata keçirilməsinə xidmət etməsi vurğulanmışdır.

Həmçinin, iclasda hakimlərin mükafatlandırılması, iş yerlərinin dəyişdirilməsi ilə bağlı məsələlərə baxılmış, hakimliyə namizədlərin seçilməsi prosesinin vəziyyəti ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.

Hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Astara rayon məhkəməsinin sədri Elnur Cəbiyevin vəzifəsinin dəyişdirilməsi, Xızı rayon məhkəməsinin hakimi İsmiyar İsmayıllıya töhmət verilməsi barədə qərarlar qəbul edilmişdir.

Eyni zamanda qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2 hakim barədə intizam icraatları başlanılmışdır.

Çap et

24.02.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az