Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Tədbirdə dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə son illər həyata keçirilən tədbirlərin, o cümlədən yeni regional məhkəmələrin yaradılması, hakim və məhkəmə aparatı işçilərinin ştat sayının 2 dəfəyədək artırılması, məhkəmə infrastrukturunun yaxşılaşdırılması, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsinin ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi vurğulanmışdır.

Qeyd edilmişdir ki, məhkəmə fəaliyyəti üçün hakimlərin seçiminin mühüm əhəmiyyəti nəzərə alınaraq bu sahədə mütərəqqi qaydaların tətbiqinə başlanılmış, çoxmərhələli şəffaf seçim prosedurları nəticəsində son illər ərzində 2600 namizəd sırasından 235 nəfər ən layiqli hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilmişlər. 73 nəfər hakimliyə namizəd isə bütün imtahanları uğurla başa vuraraq, sonuncu mərhələyə buraxılmış və Şura tərəfindən ixtisaslaşma aparıldıqdan sonra hakim vəzifələrinə təyin olunmaları üçün dövlət başçısına təkliflər veriləcəkdir.

Təsadüfi deyil ki, bu sahələrdə görülən genişmiqyaslı işlər Avropa Şurası və Avropa İttifaqının böyük marağına səbəb olmuş, Azərbaycan təcrübəsi Avropa dövlətlərinə nümunə göstərilərək bundan yararlanmaq tövsiyə edilmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, 2008-ci ildə seçilib təyin edilmiş hakimlərin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar prinsipial təhlillər aparılmış, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, ədliyyə nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə edilmiş, bu zaman dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə şəraitində bu sosial bəlaya imkan yaradan hallara hakimlər tərəfindən yol verilib-verilməməsinə xüsusi diqqət yetirilmişdir.

Şurada səlahiyyət müddəti bitən və fəaliyyəti müsbət dəyərləndirilən 32 hakimin yuxarı instansiya məhkəmələrinə irəli çəkilməsi qeyd edilmiş, 64 hakimin müxtəlif birinci instansiya məhkəmələrinə, həmçinin sədr vəzifələrinə təyinatı, bir qrup hakimin iş yerinin dəyişdirilməsi barədə təkliflər verilmişdir. Eyni zamanda yol verdikləri ciddi nöqsan və çatışmazlıqlara görə 3 məhkəmə sədrinin vəzifədən azad olunması, habelə 5 hakimin səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Qazax rayon məhkəməsinin sədri İlham Nuriyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Şəki inzibati iqtisadi məhkəməsinin hakimləri Mübariz Hüseynov və Səadət Zeynalovanın tutduqları vəzifələrdən azad olunaraq başqa işə keçirilməsi, Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Abdulla İsgəndərovun intizam məsuliyyətinə cəlb edilməklə hakimlik səlahiyyətinə xitam verilməsi qərara alınmışdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısının tapşırıqlarının icrası üzrə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Çap et

12.08.2013
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az