Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLƏRİN İXTİSASININ ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR


Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində "Avropa İnsan hüquqları konvensiyasının ölkədaxili tətbiqinə dair" növbəti iki günlük seminar başlanmışdır.

Avropa Şurasının insan haqları ilə bağlı nüfuzlu ekspertləri tərəfindən keçirilən seminarın açılışında çıxış edən Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri, hakim İlqar Xələfov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirləri qeyd etmiş, insan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini, bu sahədə Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası ilə davamlı seminar və digər tədris tədbirlərinin keçirildiyini bildirmiş, göstərilən dəstəyə görə Avropa Şurasının nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəsi Veronika Kotek çıxış edərək Məhkəmə-Hüquq Şurası ilə səmərəli əməkdaşlıqdan və məhkəmə-hüquq islahatlarına dəstək verməkdən məmnun olduqlarını bildirmiş, Fransa, Portuqaliya, Litva və Belarusiyadan olan Avropa Şurası ekspertlərini təqdim etmişdir.

İnteraktiv metodlarla Məhkəmə-Hüquq Şurasında keçirilən seminar zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prosedurları, məhkəmənin qərarlarının icrası və onların ölkədaxili qanunvericiliyə təsiri, fikri ifadə etmək azadlığı, Avropa Məhkəməsində Azərbaycana qarşı işlərin icmalı, habelə İnsan hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarının tətbiqi məsələləri və s. mövzular üzrə mühazirələr dinlənilmiş, səmərəli fikir mübadiləsi və müzakirələr keçirilmişdir.

Kurs zamanı hakimlərə metodiki kömək məqsədilə Avropa Konvensiyası və onun ayrı-ayrı müddəalarının şərhinə dair məlumat kitabçaları və digər vəsaitlər təqdim olunmuşdur.

Çap et

11.03.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az