Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AŞPA-NIN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunmuş, məhkəmə hakimiyyətinin müstəqilliyi, vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılmasına xidmət edən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, habelə penitensiar sistemin islahatı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini bildirmiş, səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə etmişlər.

Görüşdə Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov iştirak etmişdir.

Çap et

13.06.2013
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az