Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Yanvarın 31-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.

Azərbaycan və İran arasında dərin tarixi kökləri olan dostluğu və səmərəli əməkdaşlığı qeyd edən nazir, bu əlaqələrin inkişafında dahi öndərimizin müstəsna rolunu, ikitərəfli münasibətlərə dövlət başçısı cənab İlham Əliyevin xüsusi önəm verdiyini və ölkə prezidentlərinin mütəmadi səfərlərinin qarşılıqlı fəaliyyətin dərinləşməsinə güclü təkan olduğunu bildirmişdir.

Ölkələrimizin zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquqi əlaqələri qeyd edilmiş, respublikamızda ədliyyə sistemində aparılan islahatlardan danışılaraq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.

Dövlətlərimiz arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini məmnunluqla xatırladan səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamış, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilmişdir.

Çap et

31.01.2013
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az