Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏDLİYYƏ SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, müasir infrastrukturun yaradılması üzrə dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları tərəfindən də təqdir edilir. Belə ki, bu sahədə əldə edilən mütərəqqi nəticələri görən Dünya Bankı ölkəmizə maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürmüş və hazırda "Ədliyyə sisteminin müasirləşdirilməsi" birgə Layihəsi icra edilir.

Layihəyə əsasən müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir.

Artıq Layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunmuş, "Qeyri-kommersiya hüquqi şəxslər" üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılmış, bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilmişdir. Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir.

Eyni zamanda, vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz rayonlarında ənmüasir məhkəmə binaları inşa olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən böyük önəmin növbəti təzahürü olmuşdur.

Dünya Bankının nəzarət missiyaları ölkəmizə dəfələrlə səfərlər edərək Layihə çərçivəsində görülən tədbirləri yerindəcə izləmiş, işlərin intensiv, mütəşəkkil və yüksək keyfiyyətlə yerinə yetirilməsində Ədliyyə Nazirliyinin və Layihənin icra qrupunun peşəkar fəaliyyətini təqdir etmiş, Layihənin icrası vəziyyəti nümunəvi qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq Dünya Bankı qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni saziş imzalamışdır.

Mütərəqqi məhkəmə islahatlarının məntiqi nəticəsidir ki, Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 20 illiyinin qeyd olunduğu bu günlərdə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi ən uğurlu və mükəmməl layihələrindən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlmişdir.

Layihə çərçivəsində müasir ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da səmərəli davam olunur, o cümlədən Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsi üçün yeni inzibati binasının tikintisinə başlanılmışdır.

Çap et

17.12.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az