Mətbuatda xəbər verildiyi kimi hakimliyə namizədlərin sənədlərinin qəbulu aprel ayının 15-dək davam edəcək, namizədlərlə test imtahanı isə may ayının 7-də, "Bakı İdman Sarayında" keçiriləcəkdir.
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərə kömək məqsədilə "Hakimliyə namizədin Yaddaş Kitabçası" hazırlanmışdır. Kitabçaya "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları"nın tam mətni, test imtahanının suallarına dair məlumat və sual nümunələri, hakimliyə namizədin imtahanqabağı və imtahan zamanı vəzifələri, yazılı və şifahi imtahanların keçirilməsi prosedurları, müvafiq tövsiyə və məsləhətlər daxil edilmişdir.
Hakimliyə namizədlər Yaddaş Kitabçasını Hakimlərin Seçki Komitəsindən almalıdırlar. Eyni zamanda kitabça Məhkəmə-Hüquq Şurasının internet saytında yerləşdirilmişdir. |