Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya ilə görüşmüşdür.

Azərbaycan və Avropa Şurası arasında sıx əlaqələrin olduğunu söyləyən nazir ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan demokratik dəyişikliklərdən, o cümlədən məhkəmə islahatlarından, hakimlərin ən şəffaf seçimindən bəhs etmiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin beynəlxalq təşkilatlar tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulamışdır.

Söhbət zamanı Vyanada Avropa ədliyyə nazirlərinin konfransında keçirilmiş ikitərəfli görüşdən məmnunluq ifadə olunmuş, habelə elektron ədliyyənin inkişafı, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, açıq hökumətin təşviqi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə qərarlarının icrası üzrə işlər qeyd olunmuş, Azərbaycan Prezidentinin qəti siyasi iradəsi ilə korrupsiyanın qarşısının alınmasına dair tədbirlərdən, o cümlədən yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışılmışdır.

Avropa Şurasının Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyini vurğulayan F.Buaya ölkəmizdə insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının qəbulunu yüksək dəyərləndirmiş, ədliyyə və məhkəmə islahatlarını və bu zaman Avropa Şurası standartlarının geniş tətbiqini, habelə əhəmiyyətli və etibarlı tərəfdaş sayılan Ədliyyə Nazirliyi ilə müsbət nəticələr verən uzunmüddətli səmərəli əməkdaşlığı təqdir edərək, respublikamızda aparılan islahatlara bundan sonra da hərtərəfli dəstək göstərilməsinə və birgə fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirmişdir.

Çap et

12.11.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az