Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN - MOLDOVA: ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

Bakıda VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Moldovanın rabitə və informasiya texnologiyaları naziri Pavel Filip noyabrın 6-da Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Moldova arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir geniş müqavilə bazasına söykənən hüquqi əlaqələri qeyd etmiş, ölkəmizdə aparılan hərtərəfli hüquqi islahatlardan, müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışmış, e-ədliyyənin inkişafı barədə məlumat verərək, bu sahədə xarici dövlətlərin, o cümlədən Moldovanın təcrübəsindən bəhrələnildiyini söyləmişdir.

Ölkəmizə ilk səfərindən böyük məmnunluğunu ifadə edən P.Filip səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu vurğulamış, Bakıda yüksək səviyyədə təşkil olunmuş Forumun əhəmiyyətini qeyd edərək, ölkəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən islahatlar, o cümlədən yeni konseptual strategiyalar barədə məlumat vermiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinə maraq göstərmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərə verəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, habelə korrupsiyanın qarşısının alınmasında İKT-nin tətbiqi, müxtəlif reyestrlərin aparılması və digər məsələlər müzakirə olunmuşdur.

Çap et

06.11.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az