Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

Oktyabrın 30-da Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatı, o cümlədən hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf prosedurlarla seçimi barədə məlumat vermiş, bu tədbirlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirildiyini bildirmişdir. Həmçinin, penitensiar sistemin inkişafı, bu sahədə səmərəli ictimai nəzarətin tətbiqi, yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışılmış, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı qeyd olunmuşdur.

Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən xanım Q.Battaini-Draqoni əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, Ədliyyə Nazirliyinin Avropa Şurası və onun struktur qurumları ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Çap et

30.10.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az