Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
BEYNƏLXALQ ANTİKORRUPSİYA FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN MÜHÜM ROL OYNAYIR

Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə Azərbaycanda korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən Azərbaycan dünya dövlətlərini özündə birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir. Azərbaycanın ədliyyə naziri bu qurumun vitse-prezidentidir.

Cari il oktyabrın 4-dən 7-dək Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Assosiasiyanın 6-cı İllik Konfransı və Ümumi Yığıncağı, habelə İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

Konfransda Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, 110 ölkədən 500-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi konfransın açılışına və təntənəli sessiyaya sədrlik edilməsi Azərbaycanın ədliyyə nazirinə həvalə olunmuşdur.

Açılış mərasimində Malayziya Krallığının Baş naziri Mohd Nacib bin Tun Abd Razak, Assosiasiyanın prezidenti, Çinin baş prokuroru Çao Cianminq, habelə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri çıxış etmişlər.

Sonra tədbir öz işini plenar sessiyalarda və seminarlarda davam etdirmiş, korrupsiya cinayətinin araşdırılmasında əsas istiqamətlər, hakimlərin və prokurorların korrupsiyaya qarşı mübarizədə rolu, davranış kodeksləri, texniki əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri iclaslarda sədrlik və çıxışlar etmiş, korrupsiya ilə mübarizədə Assosiasiyanın rolundan, beynəlxalq əməkdaşlığın təşviqindən danışmış, ölkəmizin antikorrupsiya fəaliyyəti, o cümlədən məhkəmə sistemində bu sahədə aparılan təsirli islahatlar barədə keçirilmiş ətraflı təqdimat böyük maraqla qarşılanmışdır.

Tədbirdə korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Kuala Lumpur Bəyannaməsi qəbul olunmuş, həmin sənədin hazırlanmasında ölkəmiz fəal iştirak etmişdir.

Foruma Malayziya Baş nazirinin müavini Muhyiddin bin Mohd Yassin yekun vurmuşdur.

Konfrans çərçivəsində Malayziyanın hüquq mühafizə və məhkəmə fəaliyyətinə məsul olan naziri, bu ölkənin Korrupsiyaya qarşı müstəqil Komissiyasının sədri, IAACA-nın prezidenti ilə ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Azərbaycanın konfransın işinə və Assosiasiyanın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.

Azərbaycanın antikorrupsiya fəaliyyətinə maraq göstərmiş bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə ölkəmizdə bu sahədə aparılan islahatlar, o cümlədən yeni Milli Fəaliyyət Planı, açıq hökumətin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlar üçün innovativ şəffaf xidmətlərin yaradılması, hakimlərin ən mütərəqqi üsullarla seçimi və digər işlər barədə məlumat verilmişdir.

Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov iştirak etmişdir.

Çap et

08.10.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az