Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ

İyunun 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Jozef Debono Qrexlə görüşmüşdür.

Respublikamızda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan davamlı islahatlardan danışan nazir, Azərbaycanda hakimlərin seçim prosedurunun Avropa Şurası tərəfindən müsbət model kimi qiymətləndirildiyini qeyd etmiş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun uğurla və geniş tətbiq edildiyini vurğulamış, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı atılan mütərrəqi addımlardan söz açmışdır.

Qonaqlar səfərlərinin məqsədi barədə məlumat verməklə, missiyalarının mühüm hissəsinin məhkəmə-hüquq sahəsi ilə əlaqəli olduğunu bildirmiş, bu sahədə ölkəmizdə görülən işləri və mütərrəqi tədbirləri dəyərləndirməklə, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildirmişlər.

Faydalı müzakirələr şəraitində keçən görüşdə həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlərə toxunulmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

* * *

Sonra həmməruzəçilər Məhkəmə-Hüquq Şurasında Şura üzvləri ilə görüşmüş, səmərəli müzakirələr aparmışlar.

Çap et

14.06.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az