Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR




Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, müasir beynəlxalq tələblər səviyyəsində seçimi davam edir.

Ötən ay 440-dək hakimliyə namizəd üçün vahid zalda test imtahanı keçirilmiş, imtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi həmin auditoriyada, namizədlərin gözü qarşısında həyata keçirilmişdir.

Test imtahanından 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış 213 nəfər hakimliyə namizədlə 30 iyun 2009-cu il tarixdə yazılı imtahan keçirilmişdir.

Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada � Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından 25-dək müşahidəçi, çoxsaylı televiziya kanalları və informasiya agentlikləri, habelə mətbuat nümayəndələri izləmişlər.

Hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl Məhkəmə-Hüquq Şurası Ədliyyə Naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında imtahanda istifadə edilməsi üçün 8 ədəd kazus xarakterli sualın hazırlanmasını müəyyən etmişdir.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi 2 saat ərzində qapalı iclasında cinayət, cinayət prosesi, mülki və mülki prosesə dair həmin sayda suallar hazırlamışdır. Namizədlər bu suallardan tam təsadüfi yolla, lototron vasitəsilə cinayət və mülki sahə üzrə ikisini seçərək cavablandırmışlar.

4 saat davam edən imtahanda namizədlər qanunun məzmununu dolğun açmaq və onun səlist izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmişlər.

İmtahan nəticələri anonimliyin tam qorunması şərti ilə, ayrı-ayrılıqda, ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra elan olunacaqdır.

Hakimliyə namizədlərlə keçirilən yazılı imtahan müşahidəçilər tərəfindən ən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.

Çap et

30.06.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az