Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
DAHİ ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 89-CU İLDÖNÜMÜ MƏHKƏMƏ-HÜQUQ ŞURASINDA QEYD EDİLMİŞDİR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü bütün ölkəmizdə böyük bayram əhval-ruhiyyəsi ilə təntənəli qeyd edilir.

Məhkəmə-Hüquq Şurasının may ayının 10-da keçirilən iclasında çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov şərəfli fəaliyyəti ilə müasir Azərbaycan tarixini yaradan dahi öndərimizin zəngin və mənalı ömür yolu, xalqımız qarşısında fədakar xilaskarlıq missiyasından danışmış, Heydər Əliyevin titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir. Milli dövlətçiliyimizin banisi olan ümummilli liderimizin müasir hüquq sistemimizin də müəllifi olduğu, onun bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli hüquqi islahatların müsbət nəticələri qeyd edilmiş, əbədiyaşar liderimizin dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.

Tədbirdə dövlət başçısının sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adına layiq bilinmiş Sumqayıt apellyasiya məhkəməsinin sədri İkram Kərimova həmin fəxri adın vəsiqəsi və döş nişanı təntənəli təqdim edilmişdir. İ.Kərimov fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığını ifadə etmiş, təqdimetmə mərasiminin bu əlamətdar gündə keçirilməsinin böyük məsuliyyət yaratdığını qeyd edərək, dahi öndərin insanpərvər ideya və amallarının ədalət mühakiməsinin həyata keçirilməsində əsas yolgöstəricisi olduğunu bildirmişdir.

İclasda kadr və digər təşkilati məsələlərə də baxılmışdır.

Çap et

10.05.2012
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az