Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
DÜNYA BANKI İLƏ ƏDLİYYƏ SAHƏSINDƏ YENİ KREDİT SAZİŞİ İMZALANMIŞDIR


Noyabrın 22-də Ədliyyə Nazirliyi ilə Dünya Bankı arasında Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsinin əlavə maliyyələşdirilməsinə dair yeni kredit sazişinin imzalanması mərasimi keçirilmişdir. Sazişi Azərbaycan tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankı tərəfindən Bankın ölkə meneceri vəzifəsini icra edən Səadət Bağırlı imzalamışdır.

Mərasimdə çıxış edən F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, ötən həftə ölkə başçısının Oğuz rayonunda Layihə çərçivəsində inşa olunmuş ilk məhkəmə binasının açılışında iştirakını və görülən işləri təqdir etməsini bu sahəyə böyük diqqətin və etimadın əyani təzahürü olduğunu vurğulamışdır.

Dünya Bankının təmsilçisi çıxış edərək, Bankın Ədliyyə Nazirliyi ilə əməkdaşlığını, Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə hazır olduğunu vurğulamışdır.

Bildirilmişdir ki, Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Dünya Bankı bizə maliyyə və texniki dəstəyin göstərilməsi qərarına gəlmiş, Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə birgə Layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və məhkəmə komplekslərinin layihələri hazırlanmış, habelə Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatmaq üzrədir. Həmçinin, Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunmuş, məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır.

Hazırkı sənədə əsasən Dünya Bankı ilə birgə layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyasının potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanmış, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov və Aparatın rəhbəri Cavid Hüseynov iştirak etmişlər.

Çap et

22.11.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az