Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
SƏHNƏLƏŞDİRİLMİŞ MƏHKƏMƏ TƏLİMLƏRİNƏ BAŞLANILMIŞDIR
Hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər görülür, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulur.

Səhnələşdirilmiş məhkəmə formatında təlimlərin ədalət mühakiməsi standartlarının öyrənilməsində və praktiki tətbiqində əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq, Vəkillər Kollegiyası və ATƏT-in Bakı ofisinin səmərəli əməkdaşlığı nəticəsində birgə silsilə təlimlərin keçirilməsi qərara alınmışdır.

Bu məqsədlə Məhkəmə-Hüquq Şurasında təlimlərin keçirilməsi üçün məhkəmə iclası zalı təmir edilərək avadanlıqla təchiz edilmişdir.

İyun ayının 18-də hakimlər, dövlət ittihamçıları və vəkillərdən ibarət qrup təcrübəli beynəlxalq mütəxəssislərin iştirakı ilə səhnələşdirilmiş məhkəmə təlimlərinə başlamışdır. Təlim zamanı məhkəmə zalının idarə olunmasında ədalət mühakiməsi standartlarının tətbiqinə xüsusi diqqət yetiriləcəkdir.

Kursun açılışında ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilmiş köklü mütərəqqi tədbirlər qeyd edilmiş, o cümlədən yeni regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 50 faiz artırılması, 160-dək yüksək hazırlıqlı hakimliyə namizədin Avropada olan ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilmələri vurğulanmış, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyi bildirilmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel tədbirdə çıxış edərək Azərbaycanda qısa zaman ərzində həyata keçirilən məhkəmə islahatının müsbət nəticələrinin şahidi olduğunu qeyd etmiş, səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.

Tədbirdə cari ilin aprel ayında keçirilmiş "Təlimçilərin təlimi" kursunun iştirakçılarına sertifikatlar təqdim olunmuş və təlim zalının açılışı keçirilmişdir.

Çap et

18.06.2009
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az