Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
BAKIDA “İNZİBATİ ƏDALƏT MÜHAKİMƏSİ: TƏCRÜBƏ VƏ PROBLEMLƏR” MÖVZUSUNDA XVIII BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİR

Sentyabrın 27-də Bakıda müasir ədalət mühakiməsinin aktual problemlərinə həsr olunmuş “İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər” mövzusunda XVIII Beynəlxalq seminar işə başlamışdır.

Seminar Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK), Beynəlxalq Hüquqşünaslar İttifaqının (BHİ), Almaniya Federal Ali Məhkəməsinin Hakimlər və Prokurorlar Assosiasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

Məqsəd inzibati məhkəmələr sahəsində milli və beynəlxalq təcrübəni bölüşmək və ədalət mühakiməsinin aktual problemlərini müzakirə etməkdir.

Seminarı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) sədri Əli Hüseynli açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, AHK Beynəlxalq Hüquqşünaslar İttifaqının Koordinasiya Şurasının üzvüdür və biz qərara almışdıq ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində Bakıda belə böyük bir beynəlxalq tədbir keçirilsin.

Seminarın mövzusunun inzibati ədalət mühakiməsi olduğunu deyən Əli Hüseynli qeyd etmişdir ki, artıq yanvar ayından Azərbaycanda hüquq sistemi üçün yeni olan bir qurum-inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Ölkəmizin iqtisadi baxımdan inkişafının indiki mərhələsində inzibati məhkəmələrin fəaliyyət göstərməsi çox əhəmiyyətlidir.

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov, Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat–Nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərov, Almaniya Federal Ali Məhkəməsinin vitse-prezidenti Volfqanq Şlik və Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle seminarın Bakıda keçirilməsini yüksək qiymətləndirmişlər.

Qeyd edilmişdir ki, seminarda inzibati ədalət məhkəməsi sahəsi üzrə olan məsələlər müzakirə edilir. Lakin bundan əvvəlki seminarlarda isə daha çox hüquqi məsələlərə nəzər yetirilmişdir. Bu beynəlxalq tədbir həm nəzəri cəhətdən, həm də praktiki cəhətdən səmərəli olacaqdır.

Tədbirdə Belarus Respublikası Ali Məhkəməsinin sədri, BHİ-nin Əlaqələndirmə Şurasının üzvü Valentin Sukalo, Almaniya Federativ Respublikası Ali Məhkəməsinin hakimləri və prokurorları, Rusiya Ali Məhkəməsinin, Ukrayna Ali İnzibati Məhkəməsinin, Moskva Arbitaj Məhkəməsinin hakimləri, eyni zamanda, Müstəqil Dövlətlər Birliyindən bir çox tanınmış hüquqşünaslar iştirak edirlər. Ümumilikdə tədbirdə xarici və yerli hakimlər də daxil olmaqla 80-ə yaxın hüquqşünas iştirak edir.

Seminarda “Almaniya Federativ Respublikasında məhkəmə sisteminin, xüsusilə ümumi inzibati məhkəmələrin inkişafının icmalı”, “Ukraynada inzibati ədalət mühakiməsinin təşkili: inzibati hüquqpozmalara dair işlər üzrə Ukrayna məhkəmələrinin təcrübəsi”, “Rusiyada inzibati icraat: rəqabət haqqında qanunvericilik təcrübəsinin məhkəmələr tərəfindən tətbiq edilməsi”, “İnzibati xətalar haqqında alman qanunu”, “Azərbaycan Respublikasında inzibati ədalət mühakiməsinin formalaşması”, “Belarus Respublikasının qanunvericiliyi və məhkəmə təcrübəsində inzibati işlər üzrə ədalətli məhkəmə araşdırması hüququnun realizəsi” , “Azərbaycan Respublikasında İnzibati ədliyyə təcrübəsi” və “Alman inzibati-prosessual hüququnun icmalı” mövzularında məruzələr dinlənilmişdir.

Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.

İki gün davam edəcək seminarda, həmçinin “Hüququn aliliyi üzrə Bakı Forumu”nun 2012-ci ildə keçirilməsi məsələsi də müzakirə olunacaqdır.

Çap et

27.09.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az