Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN VƏ NİDERLAND ARASINDA HÜQUQİ ƏLAQƏLƏR İNKİŞAF EDİR

Sentyabrın 7-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde ilə görüşmüşdür.

Azərbaycan və Niderland arasında səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir 2002-ci ildə Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlıq üçün zəmin yaradaraq hüquqi sahədə əlaqələrimizin inkişaf etdiyini, Niderland ədliyyə nazirinin ötən il Azərbaycana səfərinin, keçirilmiş görüşlərin və danışıqların əhəmiyyətini vurğulamış, respublikamızda aparılan mütərəqqi məhkəmə və ədliyyə islahatları barədə məlumat vermişdir.

Niderlandın ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir hüquqi əməkdaşlığın getdikcə inkişaf etdiyini və qarşılıqlı səfərlərin buna mühüm təkan verdiyini vurğulamış, ədliyyə və məhkəmə islahatlarının uğurlu nəticələrini təqdir etmiş, əməkdaşlığa dair konkret təkliflər irəli sürmüşdür.

Görüşdə maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Çap et

07.09.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az