Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA ŞURASI AZƏRBAYCANIN NAİLİYYƏTLƏRİNİ ALQIŞLAYIR

Sentyabrın 1-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu ilə görüşmüşdür.

Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən genişmiqyaslı islahatlardan danışmış, məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaş - dövlət münasibətlərində mühüm rolu olan inzibati məhkəmələrin yaradılması, habelə ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.

Respublikamızda ikinci dəfə olan qonaq səfərindən məmnunluğunu ifadə etmiş, son 5-6 ildə ölkəmizdə müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmiş, Azərbaycanın müsbət demokratik dəyişikliklərə görə qonşu dövlətlərdən xeyli irəlidə olduğunu vurğulamışdır.

Görüşdə həmçinin, penitensiar infrastrukturun müasirləşdirilməsi, insan hüquqlarının etibarlı təminatı, ədliyyə işçilərinin treninqi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı qonaqlar beynəlxalq tələblər səviyyəsində inşa olunmuş müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, məhkumların saxlanma şəraiti, onlara göstərilən tibb xidmətləri və ərzaq təminatı ilə yaxından tanış olaraq yüksək qiymətləndirmişlər.

Elə həmin gün K.Purqurides və E.Papadimitriu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri ilə görüşmüşdür. Söhbət zamanı İctimai Komitənin fəaliyyəti ilə maraqlanılmış, Komitənin vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın nümunəsi olduğu qeyd olunmuş, geniş müzakirələr aparılmışdır.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov iştirak etmişdir.



İctimai Komitənin üzvləri ilə görüş

Çap et

01.09.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az