Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA İTTIFAQI ÖLKƏMİZLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR

İyunun 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclasında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlmiş Avropa Parlamentinin üzvləri ilə görüşmüşdür.



Ölkəmizin Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində mühüm layihələr, o cümlədən ədliyyə sisteminin inkişafına dair birgə proqram həyata keçirildiyini vurğulamışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə və məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və tədrisi, yeni regional məhkəmələrin yaradılması, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi barədə məlumat vermişdir.



Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən qonaqlar Aİ prezidentinin, Avropa Parlamenti sədrinin bu il ölkəmizə edilmiş əhəmiyyətli səfərlərini xatırlatmışlar. Avropalı deputatlar respublikamızın hərtərəfli dinamik inkişafını təqdir edərək, ölkəmizin dünyada ən sabit ölkələrdən olduğunu və baş verən mütərəqqi prosesləri yaxından izlədiklərini vurğulamışlar.

Görüşdə maraq doğuran məsələlər müzakirə olunmuş, o cümlədən insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı, antikorrupsiya fəaliyyəti barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov və Aparatın rəhbəri Cavid Hüseynov iştirak etmişlər.

Çap et

21.06.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az