Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏDALƏT MÜHAKİMƏSİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin davamlı tədrisi mühüm əhəmiyyət kəsb edir.

Bu sahədə həyata keçirilən kompleks tədbirlər çərçivəsində hakimlərin tədrisində iştirak edən müəllim heyətinin hazırlığının artırılması, onların qabaqçıl tədris metodlarını öyrənməsi Məhkəmə-Hüquq Şurası tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Türkiyə Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq nəticəsində bu günlərdə hakimlərdən, ədliyyə və prokurorluq işçilərindən ibarət olan təlimçilərimiz üçün qardaş ölkədə ayrıca ixtisasartırma kursları təşkil olunmuşdur.

Bir həftə ərzində davam etmiş həmin təlimlər zamanı tədris proqramlarının hazırlanması və interaktiv tədris üsulları, dinləyicilərlə psixoloji münasibət, təlimçilərin davranışı və s. aktual mövzular üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə məşğələlər təşkil olunmuş, türkiyəli həmkarlarla faydalı müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində həmçinin, Türkiyə Ədliyyə Akademiyasının fəaliyyəti ilə tanışlıq, səmərəli fikir və təcrübə mübadiləsi keçirilmişdir.



Çap et

17.06.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az