Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
KORRUPSİYA İLƏ MÜBARİZƏ DİQQƏT MƏRKƏZİNDƏDİR

Mayın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə Sektorunun məlumatı dinlənilmişdir.

Qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən Məhkəmə-Hüquq Şurası tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, habelə 7 hakim barədə intizam icraatları başlanılmışdır.

İclasda həmçinin, vətəndaşlardan Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlər təhlil edilmiş, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunmuşdur.

Eyni zamanda, iclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin barəsində isə intizam icraatının başlanılması qərara alınmışdır.

Çap et

20.05.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az