Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AVROPA İTTIFAQI İLƏ ƏDLİYYƏ SAHƏSİNDƏ MÜHÜM LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
Ölkəmiz tərəfindən Avropa strukturları, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində mühüm layihələr, o cümlədən ədliyyə sisteminin inkişafına dair proqramlar icra olunur. Belə ki, Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq qanunun aliliyi və insan hüquqlarının qorunmasına xidmət edən «Azərbaycanda ədliyyə islahatlarına dəstək» proqramı razılaşdırılaraq həyata keçirilir. 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu layihə vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkumların islah olunması, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, probasiya təcrübəsinin öyrənilməsi, müxtəlif maarifləndirmə və tədris tədbirlərinin keçirilməsi ilə bağlı işlərin görülməsini nəzərdə tutur.

Həmin layihələrin icrası vəziyyətinin müzakirə olunması məqsədilə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizə səfər edən Avropa İttifaqının məsul nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanmış, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə olunmuşdur.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaqlar Avropa İttifaqının Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi niyyətində olduğunu bildirmiş, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanmışlar.

Eyni zamanda, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunmuş, Hərtərəfli İnstitusional Quruculuq birgə proqramı üzrə qarşıda duran işlərdən danışılmış, habelə layihələrin səmərəsinin artırılmasına dair konkret təkliflər irəli sürülmüş və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Çap et

20.05.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az