Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
GÜRCÜSTAN HÜQUQİ ƏMƏKDAŞLIĞIN DƏRİNLƏŞMƏSİNƏ BÖYÜK ÖNƏM VERİR

Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili aprelin 29-da Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarımızın bu əlaqələrin inkişafına daim diqqət göstərdiyini vurğulamış, respublikamızda aparılan demokratik islahatlar, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə müsbət təcrübə barədə məlumat vermiş, səfərin hüquqi əməkdaşlığa təkan verəcəyini bildirmişdir.

Gürcüstanın Azərbaycanla hərtərəfli, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirən qonaq respublikamızda aparılan mütərəqqi dəyişikliklərlə tanışlıqdan məmnunluğunu ifadə edərək qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Z.Adeişvili ədliyyə infrastrukturunun yeniləşməsi və fəaliyyətdə müasir texnologiyaların tətbiqi barədə məlumat verərək, gələn ay Batumi Ədliyyə Nazirliyinin yeni inşa olunmuş binasının açılış mərasiminin keçiriləcəyini bildirmişdir.

Görüşdə əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürülmüş, maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.




Çap et

29.04.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az