Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ABŞ ÖLKƏMİZLƏ HƏRTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA MARAQ GÖSTƏRİR

Aprelin 22-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşmüşdür.

Tanışlıq məqsədi daşıyan görüşdə ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiyi bildirilmiş, respublikamızın hərtərəfli dinamik inkişafı, o cümlədən demokratiyanın möhkəmlənməsinə xidmət edən məhkəmə-hüquq islahatları qeyd edilmiş, bu sahədə əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilmişdir. Qazanılmış uğurların beynəlxalq ictimaiyyətə daha geniş çatdırılmasının vacibliyi vurğulanmışdır.

Söhbət zamanı həmçinin, ədliyyə sahəsində əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Çap et

22.04.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az