Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
FRANSA ÖLKƏMİZLƏ HÜQUQİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA MARAQLIDIR

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Fransanın sabiq ədliyyə naziri, Avropa Parlamentinin deputatı xanım Raşida Dati aprelin 8-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişafını vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsini, xüsusilə hakimlərin sayının iki dəfə artırılmasını, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçimini qeyd etmiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin Avropa Şurası tərəfindən yayılmasının qərara alındığını söyləmişdir.

Qonaq respublikamızda həyata keçirilən hərtərəfli, o cümlədən məhkəmə-hüquq islahatlarından xəbərdar olduğunu qeyd edərək, bu sahənin daim təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Xanım R.Dati Azərbaycanla hüquqi əlaqələri daha da genişləndirməkdə marağını bildirmiş və insan hüquqlarının təşviqi, inzibati məhkəmələrin fəaliyyəti və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Görüşdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.

Çap et

08.04.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az